AZ

Türkiyədə kütləvi zəhərlənmə baş verdi

Türkiyənin qərbində Aydın vilayətində kağız fabrikində çalışan 50-yə yaxın işçi həkimə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Daxil olan məlumata görə, yeməkdən sonra 46 işçi ürəkbulanma və başgicəllənmə şəklində özünü pis hiss edib. Vəziyyətə operativ müdaxilə edən həkim briqadaları lazımi yardımı göstərib. Bütün zərərçəkənlər həmin gün evə buraxılıblar.

Hazırda Aydın Vilayət Səhiyyə Müdirliyi və Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinin mütəxəssisləri hərtərəfli araşdırma aparırlar. Mümkün qida zəhərlənməsinin səbəbini müəyyən etmək üçün istehlak edilən qidalardan nümunələr götürüblər.

Hüseyn İbadlı

Seçilən
18
2
publika.az

2Mənbələr