Ali təhsil müəssisələri arasında tələbə köçürmələri ilə bağlı proses 15 iyuldan etibarən başlayacaq.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Tələbənin köçürülmək istədiyi ixtisas üzrə keçid balı, onun qəbul imtahanında topladığı baldan az olmamalıdır. Eyni zamanda, tələbə yalnız eyni ixtisas qrupu daxilində köçürülə bilər. Yəni seçilən yeni ixtisas əvvəlki ilə uyğun olmalıdır.
Tələb olunan sənədlər bunlardır:
- Şəxsiyyət vəsiqəsi;
- Akademik transkript (qiymət cədvəli);
- Maliyyə borcunun olmaması barədə arayış;
- Oğlan tələbələr üçün hərbi bilet və ya ağ bilet.
Qeyd edək ki, digər tələb olunan sənədlər elektron sistem vasitəsilə avtomatik formalaşdırılır.
Tələbələr portal.edu.az saytına daxil olaraq qeydiyyatdan keçməli, şəxsi kabinet yaratmalı və sistemdə elektron müraciət formasını dolduraraq təsdiqləməlidirlər.
Bəs kimlər köçürülə bilməz?
Ətraflı İctimai TV-nin süjetində: