Ukraynanın baş naziri Denis Şmıqal müdafiə naziri postuna təyin oluna bilər.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.
“Ola bilər ki, müdafiə naziri vəzifəsinə rəqəmsal transformasiya naziri Mixail Fedorov təyin olunsun. Namizədlər arasında həmçinin Denis Şmıqal da var”, – deyə o, Telegram kanalında yazıb.
Lakin bu məlumatı haradan əldə etdiyini açıqlamayıb.
Qeyd edək ki, iyulun 10-da Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkənin hazırkı müdafiə naziri Rüstəm Umerov ABŞ-a yeni səfir təyin oluna bilər. Zelenskinin sözlərinə görə, bu dəyişiklik hökumətdə ciddi kadr islahatlarına səbəb olacaq. Şənbə günü Zelenski Umerovla görüş keçirib və görüşdən sonra Telegram kanalında bildirib ki, “Ukraynanın ABŞ-la münasibətlərində daha çox pozitiv dinamika lazımdır, eyni zamanda dövlətin müdafiə sahəsində idarəetmədə yeni addımlar atılmalıdır”. O, müvafiq qərarların “yaxın vaxtlarda” açıqlanacağını vəd edib.
Musavat.com