AZ

Boqotada İtalyan mafiyasının lideri Cüzeppe Palermon həbs edilib

Bakı. Trend:

Kolumbiyanın paytaxtı Boqotada keçirilən beynəlxalq əməliyyatnəticəsində Latın Amerikasında geniş fəaliyyət göstərən İtalyanmafiyası “Ndrangheta”nın tanınmış lideri Cüzeppe Palermon (ləqəbiPepo) saxlanılıb.

Trend xəbər verirki, bu barədə ölkə prezidenti Qustavo Petro X sosial şəbəkəsindəməlumat verib.

Prezident qeyd edib ki, əməliyyat Böyük Britaniya, İtaliya vəAvropolun birgə əməkdaşlığı ilə həyata keçirilib. O, Palermonun 196ölkədə axtarışda olduğunu və əsasən Kolumbiya, Ekvador və Peru kimiölkələrdən Avropaya narkotik maddələrin daşınması ilə məşğulolduğunu vurğulayıb.

Əməliyyat zamanı Palermonun yanında daha 21 nəfər mütəşəkkilcinayətkarın da həbs edildiyi bildirilir. Bu əməliyyat beynəlxalqhüquq-mühafizə orqanlarının narkotik ticarətinə qarşı apardığımübarizədə mühüm uğur kimi qiymətləndirilir.

Seçilən
7
az.trend.az

1Mənbələr