İsrailin pilotsuz təyyarəsinin Livanın cənubundakı Xiam şəhərində istifadəsiz bir evə hücumu nəticəsində bir nəfərin öldüyü bildirilir.
Turkustan.az xəbər verir ki, İsrail ordusu hücumla bağlı yazılı açıqlama verib.
Bəyanatda İsrail ordusunun Livanın cənubundakı Xiam qəsəbəsinə hücumu zamanı Hizbullahın tank əleyhinə bölməsinin bir üzvünün zərərsizləşdirildiyi iddia edilib.
Yerli mətbuatda yayılan xəbərlərə görə, hücumdan sonra evdə aparılan araşdırmada bir qadının öldüyü müəyyən edilib və ölən şəxsin Suriya vətəndaşı olduğu iddia edilib.
2024-cü il noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşmasına baxmayaraq, İsrail müqaviləni tez-tez pozur.
Livana qurudan hücumlar zamanı sərhəddəki qəsəbələrə daxil olan İsrail ordusu, atəşkəs razılaşmasındakı geri çəkilmə bəndinə baxmayaraq, beş nöqtədə mövcudluğunu davam etdirir.
Havadan və qurudan hücumlarla sərhədə yaxın qəsəbələrdə geniş dağıntılara səbəb olan İsrail, atəşkəsdən aylar keçməsinə baxmayaraq, Livanın cənubundakı avtomobilləri və yerləri pilotsuz təyyarələrlə hədəf almağa davam edir.
Aytən Yaşar/ Turkustan.az