AZ

İlham Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Turkustan.az xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək onu terror təşkilatı PKK-nın ləğvi və tərksilah edilməsi münasibətilə təbrik edib.

Azərbaycan Prezident Administrasiyasından verilən məlumata görə, Əliyev bu tarixi inkişafın qətiyyətli siyasət, güclü liderlik, sarsılmaz iradə və Prezident Ərdoğanın liderliyi ilə milli birlik və həmrəyliyin parlaq qələbəsi olduğunu vurğulayıb.

Əliyev “Terrordan azad Türkiyə” hədəfinə doğru atılan bu addımın regional sülh və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi olduğunu bildirib və qərarın tam şəkildə həyata keçirilməsi prosesində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
turkustan.az

1Mənbələr