AZ

Azərbaucan millisi Ukraynanı yenib 1/4 finala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, təmsilçimiz C qrupunun son matçında Ukrayna yığmasını məğlub edib - 21:20.

Azərbaycan seçməsi qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çin komandası ilə qarşılaşacaq.

Görüş sabah Bakı vaxtı ilə saat 18:50-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin C qrupunda bu gün keçirdiyi ilk oyunda Sinqapuru da yenib - 22:10. Ötən gün isə A qrupunda Yaponiyanın "Tsukuba" (21:10) və İsveçrənin "Lozanna" (21:11) komandalarını üstələyib.

Seçilən
2
15
fanat.az

10Mənbələr