AZ

Ukrayna Putinin Zelenski ilə görüşə razı olmasının şərtini açıqlayıb...

Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə görüşə yalnız Kiyev təslim olduqdan sonra razılaşacaq.

SİA-nın məlumatına görə, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa “The Kyiv Independent” qəzetinə müsahibəsində bildirib.

Ukraynalı diplomatın sözlərinə görə, guya Rusiya nümayəndə heyəti İstanbulda son danışıqlar zamanı dövlət başçılarının görüşü üçün faktiki olaraq oxşar şərt irəli sürüb.

...Putinin mandatı təslim olmağa məcbur etməkdir. "Onların məntiqi bizimkilərin əksinədir".

Bunu Ukrayna rəsmisi iddia edir. Bundan əvvəl Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova qeyd edib ki, Kiyev Moskva ilə danışıqlar prosesini davam etdirmək üçün Qərb liderlərindən siqnal gözləyir.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Kiyevdən danışıqların üçüncü raunduna getmək istəyi və ya istəməməsi barədə siqnallar gözlədiyini bildirib.

Əli Babayev

Seçilən
38
2
sia.az

4Mənbələr