AZ

"Barselona" 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzaladı

Runi Bardeqçi “Barselona” ilə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, 19 yaşlı “Kopenhagen” cinah oyunçusunun Kataloniya klubuna 2 milyon avroya transferi artıq rəsmiləşib və futbolçu 2029-cu ilə qədər müqavilə imzalayıb. Transferlə bağlı rəsmi açıqlama yaxın günlərdə gözlənilir.

İsveçin gənclər yığmasının üzvü “Mayorka” və “Portu”nun təkliflərini rədd edib, çünki uşaq yaşlarından “Barselona” azarkeşidir.

2024/25 mövsümündə Bardeqçi ön çapraz bağının qopması səbəbindən Danimarka çempionatında cəmi 5 oyun keçirib. 2023/24 mövsümündə isə 23 matçda oynayıb və 7 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
7
sportal.az

1Mənbələr