Almaniya, "Patriot" zenit-raket kompleksləri üçün ilk yerli istehsal raketlərini 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəllərində əldə edə biləcək.
APA “Yevropeyskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin general-mayoru Kristian Fröydinq iyulun 12-də Kiyevdə jurnalistlər üçün keçirdiyi brifinq zamanı bildirib.
“Bu tip raketlər üçün Almaniyada istehsal xətləri qurmağa başlamışıq. Oradan ilk tədarüklər ən yaxşı halda 2026-cı ildə, ya da 2027-ci ilin əvvəlində hazır olacaq”, – deyə general-mayor qeyd edib.