Azərbaycanın 3×3 basketbolu üzrə qadınlardan ibarət yığması Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Dünya Seriyasında 1/4 finala çıxıb.

Offsideplus.az xəbər verir ki, milli komandamız bu gün C qrupunda iki qələbə qazanıb.

Öncə Sinqapuru 22:10 hesabı ilə üstələyən basketbolçularımız qrup liderliyi uğrunda gərgin keçən görüşdə Ukraynanı məğlub ediblər  - 21:20.

Beləliklə, C qrupunun qalibi olan komandamız sabah 1/4 finalda A qrupunun ikincisi Çinlə qarşılaşacaq.