AZ

Leon Beyli karyerasını Türkiyədə davam etdirə bilər

"Aston Villa"nın vingeri Leon Beyli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, futbolçu Türkiyə nəhəngi "Fənərbağça" ilə danışıqlar aparır.

Bu barədə məlumatı "Foot Mercato" yayıb.

Xəbərdə bildirilir ki, klublar arasında danışıqlar müsbət şəkildə davam edir.

Qeyd edək ki, 27 yaşlı vinger ötən mövsüm 38 matçda 2 qol 4 asistlə yadda qalıb.

Kamil Xudiyev

Seçilən
8
fanat.az

1Mənbələr