Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində genişmiqyaslı yanğın baş verib.
Viral.az APA-ya istinadən xəbər verir ki, biçilmiş taxıl sahəsində başlayan yanğın 15 hektarlıq ərazini əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı vaxtında alınıb.
Son Yazılar:
- Şəkidə yanğın OLDU
- Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlıq planını İMZALADI
- Zaqatalada uşaq çayda BOĞULDU
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.