Qızıl bazarında uzun müddətdir müşahidə olunmayan hal yaşanır.
Xezerxeber.az-ın xəbərinə görə, qiymətlərin ötən aya nisbətən endiyi bildirilir.
Satıcıların sözlərinə görə, qiymətlərdəki artan tendensiyanın dayanmasına səbəb məhərrəmlik ayının gəlməsidir. Bu, alıcı qıtlığına da səbəb olub.
Qızılın satışında qiymətin enməsini isə satıcılar elə alıcının olmaması ilə əlaqələndirirlər. Bazarda yaranan durğunluq satıcıları qızılı daha ucuz qiymətə satmağa vadar edir.
Buna görə də alıcılar deyir ki, qızıl almaq üçün ən yaxşı fürsət də elə bu aydır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.