AZ

Saray körpüsünün işiqforu niyə işləmir? – Sürücülər narahatdırVİDEO

Sumqayıt şəhəri ilə Abşeron rayonunu birləşdirən Saray körpüsündə uzun müddətdir fəaliyyət göstərməyən işıqfor sürücülərin ciddi narahatlığına səbəb olub.

Xezerxeber.az-ın xəbərinə görə, sürücülər bildirirlər ki, işıqforun işləməməsi onlar üçün bir sıra problemlər yaradır.

Sakinlər və sürücülər bildirirlər ki, xüsusilə pik saatlarda ərazidə hərəkət nizamsızlaşır, nəticədə bəzi hallarda qəzalardan qaçmaq mümkün olmur. Onların sözlərinə görə, Saray körpüsü qəzalı vəziyyətdə olduğu dövrdə də işıqfor işləmirdi, indiki dövrdə də vəziyyət dəyişməz olaraq qalır.

Bəzən qarşıdan gələn avtomobillər isə digərlərinə yol vermir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
11
xezerxeber.az

1Mənbələr