AZ

Bu şir balalarına ad axtarılır – Fotolar

 
Sudanın keçmiş prezidenti Ömər Əl-Bəşir tərəfindən Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən “Sultan” və “Nil” adlı şirlərdən dünyaya gələn üç balaya ad axtarılır.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, artıq ay yarımlıq olan balaların adları sosial mediada keçiriləcək sorğu ilə müəyyənləşəcək.
Daha sonra şirlər üçün “Şir Adası” adlı yeni bir yaşayış sahəsi qurulacaq. Tamaşaçılar şüşə ilə örtülmüş bu sahədə şirlərə təhlükəsiz tamaşa edə biləcəklər.
Qeyd edək ki, 2018-ci ildə Ərdoğan tərəfindən ad verilən “Sultan” və “Nil” və balaları hazırda Qaziantep Vəhşi Təbiət Parkındadır.
Seçilən
19
yeniavaz.com

1Mənbələr