Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “İmişli” futbolçusu Dioqo Vaskes Rollo ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı mərkəz müdafiəçisi ilə imzalanmış yeni sözləşmə 2 illikdir. 23 yaşlı futbolçu 2027-ci ilin 30 iyununadək Azərbaycan klubunun formasını geyinməyə davam edəcək.
Dioqo Vaskes Rollo futbola Braziliyanın “İtuano” klubunda başlayıb. Mərkəz müdafiəçisi karyerası ərzində “Rio Branko-SP”, “İnter Limeyra”, “Mogi Mirim”, “Passo Fundo”, “Atletiko-CE”, “Baqe” kimi klublarda da çıxış edib. Braziliyalı futbolçu 2024-cü ilin yayından “İmişli”də forma geyinir.
“İmişli” daha öncə Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka və Vüsal Qənbərovla da yeni müqavilə bağlamışdı. Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike və Xəyal Tomarov isə əyalət təmsilçisinə lazım olmayıblar. Gedənlərin əvəzində Azər Salahlı, İbrahim Əliyev, İmam Əli və Ronaldo Rodriqes komandaya cəlb ediliblər.