AZ

Türkiyədə peyğəmbər karikaturasını yayan redaktorla bağlı qərar

  Məhəmməd peyğəmbər və Həzrəti Musanın karikaturalarını dərc edən Türkiyənin “Ləman” jurnalının baş redaktoru Aslan Özdəmir həbs olunub.

Referans xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Fransadan İstanbula qayıdan jurnalist hava limanında saxlanılıb. Özdemirin ifadəsi alındıqdan sonra “ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” ittihamı ilə həbs olunması tələbi ilə İstanbul Sülh Cəza Məhkəməsinə göndərilib.

Hakim Özdemirin həbsinə qərar verib../Globalinfo.az  

Seçilən
9
referans.az

1Mənbələr