Siyəzəndən Sumqayıta qızının ailə münaqişəsini həll etmək üçün gəlmişdi… Ancaq özü mübahisənin qurbanı oldu. Dəhşətli qətl hadisəsi Sumqayıtda baş verib…
Xezerxeber.az xəbər verir ki, ailə münaqişəsi zəminində 55 yaşlı Arif Bağıyevun qızının əri Nurulla Tofiqoğlu tərəfindən küçədə qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, qayınata qızı ilə kürəkəni arasındakı narazılığa aydınlıq gətirmək üçün Siyəzəndən qonaq gəlib. Daha sonra onların arasında mübahisə yaranıb və hadisə qayınatanın qətlə yetirilməsi ilə nəticələnib.
Hadisə şahidlərinin sözlərinə görə, Arif Bağıyev davadan sonra qaçaraq küçəyə çıxıb. Ardınca gələn kürəkən ona çataraq ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub. 55 yaşlı Arif Bağıyev aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən Nurulla Tofiqoğlu saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.