AZ

Tramp Aİ-yə 30% rüsum tətbiq etdi


Avqustun 1-dən Avropa İttifaqından ABŞ-yə idxal edilən mallara 30% rüsum tətbiq olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında dərc etdiyi Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə yazdığı məktubda bəyan edib.  
“1 avqust 2025-ci il tarixindən etibarən Avropa İttifaqından ABŞ-yə idxal edilən mallara sektor tariflərindən ayrı olaraq 30 faiz tarif tətbiq edəcəyik”, - Ağ Ev sahibi məktubda bildirib.
Amerika lideri müvafiq məktubu Meksika prezidenti Klaudiya Şeynbauma da göndərib və eyni rüsumun Meksikadan idxal olunan mallara da tətbiq olunacağını qeyd edib.  
Amerika prezidentinin dediyi kimi, Aİ və Meksika öz məhsullarını ABŞ-də istehsal etməyə başlasa, rüsumlar ləğv ediləcək. Eyni zamanda, o qeyd edib ki, əks tədbirlərin görüləcəyi təqdirdə, Avropa İttifaqı və Meksika hakimiyyətinin Amerika məhsullarına tarifləri artırmaq qərarına gəldiyi məbləğ Vaşinqtonun almaq niyyətində olduğu 30 faizlik rüsumlara əlavə olunacaq.
Seçilən
4
yeniavaz.com

1Mənbələr