News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dr. Berna Yayla Özker xəbərdarlıq edir ki, yay aylarında qulaq göbələyi və xarici qulaq iltihabı hallarının sayı artır.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Bu xəstəliklər ağrı, qaşıntı, tutulma və çınlama kimi əlamətlərlə özünü göstərir və müalicə gecikərsə qalıcı eşitmə itkisinə səbəb ola bilər.
Qorunmaq üçün 6 əsas tövsiyə:
1. Dəniz və hovuzdan sonra qulağınızı mütləq qurudun.
2. Soyuq suya birdən girməyin – ilıq suya üstünlük verin.
3. Təmiz və klorlanmış sulara girin.
4. Qulaq tıxacları istifadə edin, amma hər istifadədən sonra təmizləyin.
5. Pambıqlı çubuqlarla iç qulağı təmizləməyin – bu, zərər verə bilər.
6. Qulaq tıkanması, ağrı və axıntı varsa, həkimə müraciət edin, gözləməyin.
Qulaqlığa da diqqət edin: İsti havada uzun müddət qulaqlıq taxmaq qulaqda nəmlik yaradıb infeksiyaya səbəb ola bilər. Qulaqlığınızı tez-tez təmizləyin və istifadə müddətini azaldın.
Xeyrənsə Piriyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.