UEFA Konfrans Liqasına Türkiyənin Bolu şəhərində hazırlaşan “Zirə” bu gün ikinci yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv İordaniyanın “Əl-Hüseyin” komandası ilə qarşılaşıb.

Oyun "Zirə"nin 1:0 qələbəsi ilə nəticələnib.

Yeganə qolu 45-ci dəqiqədə Brahimi Konate vurub.

Xatırladaq ki, "qartallar" 3 gün öncə ilk yoxlama matçında Türkiyənin I Liqa təmsilçisi "Ankara Keçiörengücü"dən üstün olmuşdular (2:1).

Yoxlama oyunu

12 iyul

“Zirə” - “Əl-Hüseyin” (İordaniya) - 1:0

Qol: Brahim Konate, 45

Əsas heyət: Aydın Bayramov, Ruan Renato, Anje Mutsinzi, Qismət Alıyev (K), İssa Cibriel, Guima, Ayron Qomis, Brahim Konate, Georgi Papunaşvili, Junior Martins, Davit Volkov

Oyuna sonradan girənlər: Rövlan Muradov, Ceyhun Nuriyev, Abdul Aziz, Elçin Əlicanov, Hacıağa Hacılı, Ramiz Muradov, Fuad Bayramov, Şahmar Aşurov, Stefan Aka, Əhliman Süleymanov