“Putin uranın zənginləşdirilməsini dayandırmağı İrandan tələb etməyib”.
Tasnim xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçı ilə Rusiya lideri Vladimir Putin arasında aparılan son danışıqlarda bu məsələ qaldırılmayıb.
Bundan başqa, görüşdən sonra İran tərəfinə Moskvadan bu cür çağırışlarla bağlı hər hansı rəsmi və ya qeyri-rəsmi siqnal daxil olmayıb.
“Belə bəyanatlar reallığa uyğun gəlmir. Rusiya tərəfi ilə müzakirələr zamanı uranın zənginləşdirilməsi məsələsi müzakirə olunmayıb”, – agentliyin mənbəsi bildirib./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta