Hindistanın paytaxtı Dehlidə dördmərtəbəli yaşayış binasının çökməsi nəticəsində ən azı 2 nəfər ölüb, bir neçə nəfər dağıntı altında qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə iyulun 12-də səhər saat 7 radələrində baş verib. Xilasedicilər dağıntı altından 8 nəfəri, o cümlədən bir yaşlı körpəni yaralı halda aşkarlayıb.
Hazırda mülki müdafiə qüvvələri axtarış-xilasetmə işləri aparır. Dağıntı altında qalanların sayını dəqiqləşdirmək mümkün olmasa da, binada yaşayan 10 nəfərdən ibarət bir ailədən heç kim sağ tapılmayıb. Bundan başqa, binada qeydiyyatsız yaşayanlar da olub. Bütün bunlar ölü sayının çoxalacağını deməyə əsas verir.