AZ

Mahir Emreli “Kayzerslautern”də 3-cü qolunu vurdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün İngiltərənin “Notts Kaunti” komandasına qarşı keçirdikləri yoxlama oyununun iştirakçısı olub.

Mahir Emreli əsas heyətdə yer alıb. O, ilk 45 dəqiqədə meydanda olub. İlk hissəni 3:0 hesabıyla öndə başa vurmuş Mahirin komandası yekunda 4 cavabsız qolla qalib gəlib. Emreli komandasının 3-cü qolunu vurub. O, 10-cu dəqiqədə fərqlənib.

Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/2026-cı illər mövsümünə hazırlıq çərçivəsində üçüncü yoxlama oyunu olub. Mahir əvvəlki yoxlama oyunlarında da 2 qola imza atmışdı.

Mahir “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir.

Seçilən
8
arena.az

1Mənbələr