AZ

İrandan nüvə açıqlaması: “Mülki nüvə hüquqlarımızdan imtina etməyəcəyik"

İranın xarici işlər naziri Abbas Erakçi ölkəsinin ABŞ-la nüvə danışıqlarını yenidən başlatmağa hazır olduğunu, lakin uranın zənginləşdirilməsi fəaliyyətlərinin dayandırılması tələbini qəbul etməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, İrakçi Tehranda xarici ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə görüşdə çıxış edib.

O, İsrail-ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarətində olan nüvə obyektlərinə hücumu ilə bağlı deyib: "Biz təəssüf edirik ki, MAQATE və onun baş direktoru (Rafael Qrossi) bu hücumu pisləmədi. Həqiqət budur ki, bu hücumlar zamanı İran obyektlərinə ciddi ziyan dəydi, lakin daha da əhəmiyyətlisi, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və beynəlxalq hüquq normaları pozuldu".

Ərakçi iddia edib ki, İran parlamentində hökuməti MAQATE ilə əməkdaşlığı dayandırmağa məcbur edən qanun qəbul edilsə də, müfəttişlərin ölkəni tərk etməsinə baxmayaraq, agentliklə əməkdaşlıq dayanmayıb.

İranlı nazir sözlərini belə davam etdirib:

Baş verən inkişaf və dəyişikliklərə görə, bundan sonra İran və Agentlik arasında bütün fəaliyyətlər və əməkdaşlıqlar Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə parlament qanunlarına uyğun olaraq həyata keçiriləcək və Agentliyin müraciətləri İranın maraqlarına uyğun olaraq ayrı-ayrılıqda araşdırılacaq, qiymətləndiriləcək və cavablandırılacaq.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
1
turkustan.az

2Mənbələr