ABŞ prezidenti Donald Trampın Supermen obrazında təsvir edildiyi paylaşım rəsmi “X” hesabında yayımlanıb. Ağ Ev bu paylaşımı “ümidin simvolu” ifadəsi ilə təqdim edib.
Redaksiya xəbər verir ki, görüntüdə Trampın üst geyimini cıraraq sinəsində “S” hərfini göstərdiyi Supermen obrazı əks olunub. Paylaşımın qısa müddətdə milyonlarla baxış topladığı bildirilib.
Rəqibləri bu gedişi siyasi PR sayaraq tənqid etsə də, Tramp tərəfdarları onu “Amerikanın xilaskarı” kimi təqdim edən bu simvolik paylaşımı alqışlayıblar.
Sevinc Kərimova