AZ

Yığmamızdan növbəti qələbə

Basketbol üzrə Azərbaycanın oğlanlardan ibarət U-16 yığması Avropa çempionatı C divizionunda 5-ci yer uğrunda mübarizə aparır.

İdman.biz xəbər verir ki, millimiz bu gün 5-9-cu yerlər uğrunda qrup mərhələsinin 3-cü oyununa keçib.

Komandamız Malta ilə qarşılaşıb. Görüş basketbolçularımızın 77:46 (11:11, 21:15, 23:11, 22:9) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız sabah Moldova ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki komandanın hesabında 6 xal var qalib gələn tərəf 5-ci yerə sahib çııxacaq.

İdman.biz

Seçilən
3
2
idman.biz

3Mənbələr