"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.
Operativ Media xəbər verir ki, paytaxt təmsilçisi İordaniyanın “Əl-Hüseyin” klubu ilə qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"a qələbə gətirən qolu 45-ci dəqiqədə Brahim Konate vurub.
Qeyd edək ki, "Zirə" bunadək iki yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə qalib gəlib (2:1).
Xatırladaq ki, iyulun 17-nə qədər qonşu ölkədə olacaq "Zirə" bu müddətdə daha 2 yoxlama oyunu keçirməyi planlaşdırır. Matçlar 16 iyul (iki oyun) tarixində baş tutacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.