AZ

Azərbaycan müdafiə və xarici işlər nazirləri adından guya Belarus təyyarəsinin Rusiya hava məkanında vurulmasına dair açıqlama saxtadır

Bakı. Trend:

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasınınmüdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziriadından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanındavurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanmış, heçbir reallığı əks etdirməyən açıqlama yayılmışdır.

Trend xəbər verirki, bu barədə Azerbaycan Respublikasinin Medianin İnkisafiagentliyi məlumat yayıb.

Qeyd edirik ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxtavideogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiyamanipulyasiyası nümunəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyayainanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənininformasiya agentlikləri və digər peşəkar media subyektlərindənəldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bukimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxtavə yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyalarıilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıqolmağa səsləyirik.

Azərbaycan
Azərbaycan
Seçilən
28
49
az.trend.az

10Mənbələr