“Əminliklə demək olar ki, “Midnight Hammer” (“Gecəyarısı çəkici”) əməliyyatı təkrarlana bilməz. Amerikanın gizli təyyarələri Suriyanın şimalından və Kürdüstanın sıra dağlarını keçərək radarlardan yayınıb, Azərbaycana və oradan da Xəzər dənizinə keçib, oradan şığıyıb bombaları atıblar”.
Yenisabah.az xəbər verir ki, bunu “New Indian Express” saytında 30 il Hindistan Xarici İşlər Nazirliyində çalışmış sabiq karyera diplomatı M.K. Bhadrakumar yazıb.
O, bir müddətdir ki, Azərbaycana qarşı məqsədli təbliğat aparan şəxs və qrupların əsassız ittihamını təkrarlayıb. Dominos pizza
Bhadrakumar iyunun 24-də İran ərazisindəki nüvə obyektlərini bombalamış ABŞ təyyarələrinin hərəkət marşrutuna dair iddiasını “İranın N planı” adlı məqaləsində qeyd edib.
Xatırladaq ki, sosial şəbəkə və bir sıra media subyektlərinin bu möhtəkir informasiyalarının mövzusu Azərbaycan və İran rəsmilərinin qəti təkzibi ilə üzləşib.
Xankəndi şəhərində iki ölkə prezidentinin söhbəti zamanı da bu iddiaların əsassızlığı vurğulanıb. Buna qədər, 12 günlük müharibənin başlanğıcında Azərbaycan XİN ölkə səmasından üçüncü qüvvələrin istifadəsinə imkan verilməyəcəyini bildirib.
İran prezidenti Məsud Pezeşkian isə Azərbaycanı nəzərdə tutaraq bildirib: “Bəzi şayiələrin əksinə olaraq, qonşularla sionist rejim arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik qurumları tərəfindın təsdiqlənməyib. Hətta onlardan bəziləri zəruri ərzaq malları göndərməyə hazır olduqlarını bəyan ediblər”.
Əziz Rzazadə
Telegram kanalımız