AZ

Məşhur futbol klubu Avropa Liqasından kənarlaşdırıldı SƏBƏB

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA-nın çoxklublu mülkiyyət qaydalarına əsasən verdiyi qərardan sonra İngiltərənin "Crystal Palace" klubu 2025/26 mövsümündə Avropa Liqasında deyil, Konfrans Liqasında çıxış edəcək.

Milli.Az xəbər verir ki, klubun amerikalı investoru Con Tekstor həm "Crystal Palace", həm də Avropa Liqasına vəsiqə qazanan Fransa təmsilçisi "Lyon"da pay sahibidir. UEFA-nın reqlamentinə görə, eyni mülkiyyət qrupuna aid klublar eyni turnirdə iştirak edə bilməz. Bu səbəbdən "Palace" Avropa Liqasından kənarlaşdırılıb.

Beləliklə, "Crystal Palace" üçün gözlənilməz qərarla Avroliqaya yol bağlanıb və klub yeni mövsümdə mübarizəsinə Avropa Konfrans Liqasında davam edəcək.

Fidan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
news.milli.az

2Mənbələr