Alexandro Serrano hələ də seçim edir.
“Turan Tovuz”la başa çatan müqavilənin müddətini uzatmayan ispan yarımmüdafiəçi Azərbaycanda çıxış etməyəcək.
Sportinfo.az xəbər verir ki, “Neftçi” və “Zirə”nin maraq göstərdiyi 30 yaşlı oyunçu razılığa gələ bilməyib.
Onun yüksək maaş tələbi üzündən transfer reallaşmayıb.
İndi Serrano Səudiyyə Ərəbistanına getməyə çalışır. Asiyadan bir neçə təklif alan yarımmüdafiəçi tezliklə qərarını verəcək.