"Yarışa gəlmədən öncə buradakı 16-17 komandanın güclü olduğunu və yaxşı hazırlaşdığını bilirdim. Biz də hazırlıq planlarımızı buna görə qurduq".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandasının baş məşqçisi Evren Alkaya deyib.
Yığmamızın Avropa çempionatının B divizionunda çıxışını dəyərləndirən türk çalışdırıcı böyük uğurlar qazanmaq istədiklərini bildirib: "Çox ciddi hazırlaşmışdıq. Ancaq heç kim bizi güclü olaraq görmürdü. Oyunçular Azərbaycan basketbolu üçün böyük mübarizə apardılar, əsl xarakter göstərdilər. Birlikdə savaşmağa davam edirik. Gördüyünüz kimi, İslandiya yığması finala çıxmaq üzrəydi, ancaq biz onları rahatlıqla üstələdik. Uşaqların motivasiyası yüksək səviyyədədir. Azərbaycanda Avropa standarlarına cavab verən bir komanda qururuq. Hədəfimiz həmişə yüksək yerlər olacaq. İstədiyimizi əldə etmək üçün də əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, U-18 yığmamız hazırda B divizionunda 9-16-cı yerlər uğrunda mübarizə aparır.