ain.az bildirir, Yeniavaz portalına istinadən.
2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının finalı Madriddə yeni “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu “Marca” nəşrinin baş redaktoru Xose Feliks Dias məlumat verib.
Onun sözlərinə görə, “Real Madrid”in prezidenti Florentino Peres və FİFA-nın prezidenti Canni İnfantino ABŞ-də keçirilən klublararası dünya çempionatında görüşüb və yarışın əsas oyununun Madrid klubunun stadionunda keçirilməsi ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, 2030-cu il dünya çempionatının final mərhələsinin yayda İspaniya, Portuqaliya və Mərakeşdə keçirilməsi planlaşdırılır. Digər tərəfdən, Uruqvay, Argentina və Paraqvay hərəyə bir açılış oyununa ev sahibliyi edəcək. 2030 Dünya Kuboku tarixdə ilk dünya çempionatından düz yüz il sonra baş tutacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.