AZ

Azərbaycan klubunda 500 min manatlıq MÜƏMMA

"Qəbələ" futbol akademiyasının fəaliyyətini dayandırmasına əsas səbəblərdən biri də Əvəzedici Liqanın ləğv edilməməsi göstərilir.

Belə ki, bölgə klubunun rəhbərliyi planlarını "ikincilər"in yoxluğu üzərindən qurub.

AFFA isə bildiyiniz kimi adıçəkilən liqanı yeni mövsümdə də davam edəcəyinə qərar verdi.

Nəzərdə tutulan məbləğ isə 500 min manat olub.

Hər şeyi başa düşdüm, amma "ikincilər" üçün ayrılan pulun miqdarını anlamaqda çətinlik çəkdim.

Əvəzedici komanda üçün 500 min manat ayrılması şərt deyil axı. Belədə klub niyə planlarını bu məbləğ üzərindən qursun? Açığı, şəxsən mənə qaranlıq qaldı.

Bir halda ki, 100-150 min arası xərclə də keçinmək olar.

Ötən mövsüm "Şamaxı"nın əsas komandasının maaş büdcəsi heç 1.5 min manat olmadığı halda ciddi iddiası olmayan "Qəbələ" ikinci komanda üçün niyə 500 min manat nəzərdə tutulsun da?

Və ya "Sumqayıt"ın ötən mövsüm ikinci komanda üçün ayırdığı maliyyə heç 100 min manatı aşmayıb.

Bura "Kəpəz"i, "Səbail"i də əlavə edə bilərik. Deməli, keçinmək üçün hətta 100 min manat da yetərlidir.

Axı sən nə "Neftçi"sən, nə "Qarabağ", nə də "Sabah".

Heç "Zirə" də deyilsən. Belədə niyə onlar qədər yuxarıdan getməyi hədəf seçirsən?

Bəli, AFFA ölkə futbolunun evinə yıxır, amma görünən odur ki, klublar da süddən çıxmış ağ qaşıq deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr