BAKI, 12 iyul. TELEQRAF
Yeni Kaledoniya dövlətinin yaradılması haqqında saziş Parisətrafı Buqivalda imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə Politico danışıqların iştirakçılarına istinadən yazıb.
Nəşrin dəqiqləşdirdiyi kimi, müqavilənin imzalanması Yeni Kaledoniyanın gələcəyini müzakirə edən rəqib siyasi hərəkatlar tərəfindən elan edilib.
Fransa prezidenti Emmanuel Makron 10-da Fransanın dəniz hüdudlarından kənar ərazisinin institusional strukturu ilə bağlı “tarixi” sazişin bağlandığını təsdiqləyib. Onun sözlərinə görə, Yeni Kaledoniyanın seçilmiş nümayəndələrinin iştirakı ilə aparılan danışıqlar on gün davam edib.