AZ

"Sabah"a qol vuran "Çelye"nin futbolçusu: "Qeyri-adi haldır"

“Çelye”nin yeni transferi Darko Hrka Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Sabah” üzərindəki qələbəsini şərh edib.

Sportal.az “Val 202"yə istinadən xəbər verir ki, Bakıdakı görüşdə komandasına qələbə qazandıran qolu vuran Hrka belə danışıb:

"Qəribə hissdir. Elitadan kənar qaldıqdan sonra Avropa Liqasında çıxış edib qələbə qolu vurmaq qeyri-adi haldır. Cəmi iki-üç dəqiqə oynasam belə, baş məşqçiyə təşəkkür etmək istəyirəm. Əsas odur ki, qalib gəldik və cavab oyununa qədər üstünlüyə malik olduq. İlk hissədə çox çaşqınlıq oldu. Üçüncü dəqiqədə buraxdığımız qol bizim üçün qəribə idi. Yeni oyunçularımız var, hazırlıq dövrü qısa oldu. Amma sonra qarşılıqlı əlaqə qurduq, birlikdə oynadıq və qazanmaq üçün oynadıq”.

saytlarin hazirlanmasi

Seçilən
1
1
sportal.az

2Mənbələr