Cəbrayıl, 12 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Biz burada azad edilmiş ərazilərdə mina təmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdama səfər edən dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvü, İrlandiyalı səyyah Devid Cozef Langan deyib.
"Ümumilikdə qeyd edə bilərəm ki, Azərbaycanın bu regionda gördüyü bərpa-quruculuq işləri möhtəşəmdir və təqdirəlayiqdir", - deyə o vurğulayıb.
Qeyd edək ki, dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb. Onlar Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət ediblər. 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edib. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradıb. Son 4 il ərzində dünyanın əsas beynəlxalq səyyahlar klublarının xətti ilə Qarabağa və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyyahlar səfər edib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 14-cü qrup səfəridir.