
Nüfuzlu “Give me Sport” portalı klublararası dünya çempionatının final oyunu ərəfəsində 2025-ci ildə “Qızıl top”a əsas iddiaçıların reytinqini dərc edib.
Yeniavaz.com xəbər verir ki, PSJ-nin hücumçusu Usman Dembele mükafatın əsas favoriti olaraq qalıb.
Onun ardınca isə “Barselona”nın vingeri Lamin Yamal ikinci olub. PSJ-nin yarımmüdafiəçisi Vitinya isə ilk üçlüyü tamamlayıb.
“Barselona”nın futbolçusu Rafinya dördüncü, “Liverpul”un bombardiri Məhəmməd Salah isə beşinci yerdə qərarlaşıb.