AZ

Sıradakı 5-ci adam: Rəsmi qəbulda o, niyə iştirak edirdi?

Bu gün Azərbycan Prezidenti İlham Əliyev Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şaraanı qəbul edib. İşgüzar səfərı gəlmiş Əl-Şaraanı Suriyanın bir çox yeni rəsmiləri müşaqyiət edib. Lakin diqqəti daha çox cəlb edən Azırbaycan dövlət xadimləri, daha doğrusu onlardan biri olub.

Yenisabah.az xəbər verir ki, rəsmi qəbulda çəkilmiş fotoda Prezidentdən sonra sıralanan şəxslər baş nazirin müavini Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyevdir. Daha sonra qəbulda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Orxan Sultanovun iştirak etdiyi görünür.

Bu, XKX rəisinin rəsmi tədbirlərdə göründüyü nadir hallardan biridir və onun Suriyanın keçid dövrü prezidenti ilə danışıqlarda iştirakı müxtəlif fərziyyələr meydana gətirib. Onlardan ən əsası Suriyada olması ehtimal edilən muzdlu döyüşçülərdir. pizza mizza

2011-ci ildə Suriyada başlamış antihökumət etirazlarından sonra dünyanın bir çox ölkələrindən Suriyaya qeyri-qanuni miqrasiya başlayıb. Qərbi Asiya ölkəsinə yollnanların əksəri, o cümlədən vəhhabi meyilli şəxslər radikal tıkfirçi qruplara qoşulublar. 

Bəşər Əsəd hökumətinə qarşı mübarizədə azərbaycanlı muzdlu döyüşçülərin iştirakına dair faktlar saysız-hesabsızdır. Azırbaycandan kənarda qanunsuz hərbi birləşmələrə qoşulanların dəqiq statistikası hələ ki açıqlanmayıb. Onların bir çoxu Vətənə qayıtdıqdan sonra mühakimə olunub, digərləri isə, əsasən, muzdlu döyüşçülərin ailə üzvləri Suriya və İraqdan mərhələli şəkildə Azırbaycana gətirilib.

Hazırda keçmiş qiyamçıların hakimmətdə olduğu Suriyada hərbi təyinatlı azərbaycanlıların olub-olmadığı bilinmir. Lakin keçid dövrü prezidenti Əhməd Əl-Şara ilə bu mövzunun müzakirə olunduğu da istisna olunmur. Orxan Sultanovun rəsmi qəbulda iştirakı da məhz bu kontekstdə yozulur.

Xatırladaq ki, Sultanov 2015-ci ildən XKX-ə rəhbərlik edir.

Buna qədər o? 2007–2011-ci illərdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyində humanitar məsələlər üzrə birinci katibi vəzifəsində çalışıb. Ardınca bir müddət XİN-də işlkədikdən isə MTN-nin Xarici Kəşfiyyat İdarəsinə qəbul olunub.

Orxan Sultanova Prezident İlham Əliyevin 17 mart 2016-cı il tarixli 1912 nömrəli Sərəncamına əsasən, general-mayor, 27 mart 2019-cu il tarixli 1058 nömrəli Sərəncamına əsasən, general-leytenant və 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, general-polkovnik ali hərbi rütbəsi verilib.

Əziz Rzazadə


Telegram kanalımız
Seçilən
4
1
yenisabah.az

2Mənbələr