AZ

Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüşdü

BAKI. 12 iyul. TELEQRAF

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti, SportAccord təşkilatının rəhbəri Uğur Erdenerlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, görüş zamanı SportAccord təşkilatının keçirdiyi irimiqyaslı idman tədbirlərinin Azərbaycanda təşkili, eləcə də oxatma idman növünün Azərbaycanda inkişafı istiqamətində müzakirələr aparılıb.

Görüşdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak edib.

Seçilən
22
9
teleqraf.com

10Mənbələr