AZ

Rusiyada azərbaycanlı olmaq təhlükəlidir?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada polislərin xüsusi təyinatlı dəstəsi (OMON) Moskva vilayətinin Mıtişinski şəhərində azərbaycanlıları avtobuslara yığaraq aparıb.

Sosial şəbəkələrdə yayılan görüntülər, hüquq-mühafizə orqanlarının reydləri və məqsədyönlü kampaniyalar əksər hallarda “qanun pozuntuları” adı altında aparılsa da, faktiki olaraq etnik və milli ayrı-seçkilik xarakteri daşıyır.

Rusiyanın azərbaycanlı “ovu” nə vaxta qədər davam edəcək?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Rusiyada azərbaycanlılara qarşı təzyiqlər, siyasi məqsədlərə xidmət edən genişmiqyaslı təzyiq kampaniyasıdır:

“Azərbaycanlı “ovu” Rusiyada ən yüksək səviyyədə verilmiş əmirdi. Azərbaycanda bəzi siyasətçilər guya bütöv Rusiya haklimiyyətini deyil də, Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirmək üçün hakimiyyətdə olan qüvvələrdən bəhs edirlər, lakin belə bir şey yoxdu. Rusiya bu qərarını Azərbaycandan istədiklərini alana qədər davam etdirəcəklər.

Son günlər bu mövzuda verilən ən əsas sual isə budur: Azərbaycan onlara istədiklərini verəcəkmi? Düşünürəm ki, bu gün Rusiya qarşısında təkcə Azərbaycan deyil, həm də Ermənistanın suverenlik davası müşahidə olunur.

Bir tərəfdən Ermənistanda hakimiyyət çevrilişinə hazırlıq cəhdləri və buna adekvat hökümətin cavabı, digər tərəfdən azərbaycanlılara qarşı total hücüm, milliyətçilik, eyni zamanda Azərbaycanın olanlara adekvat cavab verməsidi. Bu üslubda Rusiya davam edəcəksə, bunun cavabı olacaq”. 

Politoloq qeyd edib ki, Azərbaycan Rusiyanın siyasətinə qarşı adekvat addımlar atmalıdır:

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin rus dili ilə bağlı yeni şovinist qərarına cavab olaraq tədricən rus məktəblərini bağlamağa başlamaq lazımdı. Düşünürəm ki, 300-dən artıq rus məktəbinə Azərbaycanda qətiyyən ehtiyac yoxdu. Rus dilini perispektiv öyrənmək istəyən onsuz da öyrənəcək.

Azərbaycanda fəaliyyət göstərən rus dilli məktəblər, Rusiyanın büdcəsindən deyil də, öz ölkəmizin büdcəsindən maliyyələşdirmək düzgün deyil. Rusiyada öz büdcəsindən maliyyələşən Azərbaycan məktəblərini görmək mümümkun deyil. 

Azərbaycanda hətta övladlarını rus məktəbinə qoymaq üçün valideynlər əlavə ödənişlərə də yer verir. Azərbaycanda Rusiyanın siyasətinə qarşı tədricən adekvat addımlar atmalıdı, çünki Rusiya qarşısında güc görmədikcə, orada yaşayan azərbaycanlılara hücüm davam edəcək”. 

Gülər

“Cebheinfo.az”

Açar sözlər:

Rusiya azərbaycanlı Natiq Miri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr