Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Prius" minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan olmasada minik maşını yararsız hala düşüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov