AZ

SON DURUM - Azərbaycanda 2 klub fəaliyyətini dayandırır?

Ötən mövsüm II Liqada yarışmış klublardan 10-u AFFA-nın sorğusuna müsbət cavab verib.

Federasiyadan redaksiyamıza daxil olan məlumata görə, yarımhəvəskar çempionatın iştirakçılarının mütləq əksəriyyəti növbəti sezonda da çıxışını davam etdirməyə qərarlıdır.

Onlar «votsap» üzərindən sorğu aparan qurumu bu barədə məlumatlandırıblar.

Hələlik yalnız «Göygöl» və «Ağdaş»dan qəti cavab gəlməyib. Böyük ehtimalla, adıçəkilən əyalət komandaları üzümüzə gələn «futbol ili»ni kənardan izləyəcək.

Çünki rayon təmsilçiləri maliyyə çətinliyi yaşayır və problemi necə həll edəcəklərini bilmirlər.

AFFA bu klublarla ayrı-ayrılıqda məşğul olmaq niyyətində deyil. Yəni ki, istər «Göygöl», istərsə də «Ağdaş» üzləşdiyi vəziyyətdən özü çıxmalıdır.

SPORTİNFO.AZ

Seçilən
2
sportinfo.az

1Mənbələr