AZ

Sov.İKP MK Siyasi Bürosunun sonuncu üzvü vəfat etdi

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Sov.İKP MK Siyasi Bürosunun sonuncu üzvü Vadim Medvedev 97 yaşında vəfat edib.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının mətbuat xidməti məlumat yayıb.

“Sov.İKP MK Siyasi Bürosunun üzvü, sovet siyasətçisi Vadim Andreyeviç Medvedev vəfat edib”, - mətbuat xidməti bildirib.

Medvedev 1986-1990-cı illərdə Sov.İKP MK-nın katibi, 1988-1990-cı illərdə isə Siyasi Büronun üzvü olub. Bundan sonra o, Prezident Şurasının üzvü olub və SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovun müşaviri vəzifəsini icra edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
yeniavaz.com

2Mənbələr