AZ

Səs yazısı yayımlandı! 270 nəfərin ölümünə səbəb olan qəzanın səbəbi budur

İyunun 12-də Hindistanda havaya qalxdıqdan qısa müddət sonra rezident həkimlərin yaşadığı yataqxana binasına çırpılan və 270 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı ilkin araşdırma hesabatında məlum olub ki, təyyarənin hər iki mühərrikinə yanacaq axını havaya qalxdıqdan bir neçə saniyə sonra kəsilib.

Turkustan.az xəbər verir ki, Hindistan mətbuatının məlumatına görə, Hindistanın Mülki Aviasiya Qəzalarının Təhqiqat Bürosunun rəhbərlik etdiyi ilkin təhqiqata ABŞ-ın təyyarə istehsalçısı Boeing, mühərrik istehsalçısı General Electric, Air India aviaşirkəti və mülki aviasiya mütəxəssisləri cəlb olunub. Yekun hesabatın 12 ay ərzində dərc olunması gözlənilir.

Açıqlanan ilkin araşdırma hesabatına görə, təyyarə qəzası ilə bağlı ilkin araşdırmalar havaya qalxdıqdan dərhal sonra təyyarənin mühərriklərinə yanacaq axınının dayandığını müəyyən edib.

Təyyarənin qara qutusundan əldə edilən məlumatlara görə, mühərriklərə yanacaq axını idarə edən açarların təyyarə 180 düyün (təxminən 333 kilometr) sürətə çatdığı zaman bir saniyəlik fasilələrlə “çalış”dan “kəsmə” vəziyyətinə keçdiyi qeydə alınıb. Bu, hər iki mühərrikin dayanmasına və təyyarənin itkisinə səbəb oldu.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
1
turkustan.az

2Mənbələr