"Napoli" Darvin Nunyes transferindən çəkilib.
Offsideplus.az xəbər verir ki, Neapol klubu "Liverpul"un tələb etdiyi yüksək məbləğə görə uruqvaylı hücumçudan əl çəkib.
Bu barədə "Sky Sports" məlumat yayıb.
Nunyes 2022-ci ildən "Liverpul"da çıxış edir. O, Mersisayd klubunda 95 oyuna 25 qol vurub.
Onun klubla iki illik müqaviləsi qalıb.