AZ

Kolleclər qarşıdakı illərdə bağlana bilər AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Kolleclərdə pedaqoji ixtisaslar demək olar ki, ləğv olunub. Yalnız iki istiqamət üzrə – fiziki tərbiyə və təsviri-incəsənət müəllimliyi qalıb. Qarşıdakı illərdə o ixtisaslar da ləğv olunacaq, yalnız ali təhsil istiqamətində, bakalavriat pilləsində tədris olunacaq”.Bunu Demokrat.az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib. Kollecləri bitirənlərin iş tapa bilməməsindən danışan ekspert deyib ki, qarşıdakı illərdə bəzi kolleclər bağlana bilər:“Kolleclərdə təhsil alanların əmək fəaliyyətinə başlaması ilə bağlı müəyyən problemləri olur. Düşünürəm ki, ola bilər, qarşıdakı illərdə bəzi kolleclər bağlanma təhlükəsi ilə üz-üzə qalacaqlar. Yalnız ixtisaslaşmış kolleclər qalmaqla, qalanları ləğv oluna bilər”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
demokrat.az

1Mənbələr