AZ

ABŞ millisinin üzvü "Bayer Leverkuzen"də - RƏSMİ

“Bayer Leverkuzen” ABŞ millisinin futbolçusu Malik Tillmanı heyətinə qatıb.

Fanat.Az "əczaçılar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Niderlandın PSV klubundan transfer edilən Tillman ötən mövsüm 34 matçda meydana çıxaraq 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, daha əvvəl Almaniya yığmasının aşağı yaş qruplarından ibarət komandalarında çıxış etmiş alman əsilli futbolçu 2022-ci ildən ABŞ-nin əsas millisinin formasını geyinir.

Seçilən
1
fanat.az

1Mənbələr